Kürdə suyun səviyyəsinin artması daha bir əraziyə təhlükə yaratdı - VİDEO

Sabirabadın Poladtuğay kəndində geniş ərazilər su altında qalıb.

Kür çayı öz məcrasından çıxaraq kənd ərazisində yerləşən Tuğay meşələrinə, eləcə də əkin və bağ sahələrinə yayılıb. Kənd sakinlərinin dediyinə əsasən  xüsusilə yonca sahələri və nar bağları ciddi zərər görüb. Ərazilərdə suyun səviyyəsi bəzi yerlərdə 2-3 metrə qədər yüksəlib. Ötən ilin payız mövsümündə 11 hektar sahədə əkilmiş palıd tingləri də su altında qalaraq məhv olub.

 Subasma təhlükəsini nəzərə alan bəzi sakinlər məhsulu itirməmək üçün qabaqlayıcı tədbirlər görməyə başlayıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.