Prezident Administrasiyası: Ermənistan qondarma “soyqırım” barədə uydurmalarla Türkiyəyə təzyiq göstərmək iqtidarında deyilSİYASƏT

Ermənistan qondarma “soyqırım” barədə uydurmalarla Türkiyəyə təzyiq göstərmək iqtidarında deyil.

Bunu Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Türkiyənin tarixində ermənilərə qarşı hər hansı bir “soyqırım” olması barədə Ermənistanın heç bir sübutu yoxdur:

Türkiyə dəfələrlə Ermənistanı 1915-ci il hadisələri ilə bağlı tarixi arxivləri açmağa çağırıb. Amma Yerevan Ankaranın bu çağırışına reaksiya vermir və bu, bir daha təsdiq edir ki, ermənilərə qarşı heç bir “soyqırım” olmayıb”.

Prezident Administrasiyasından bildiriblər ki, 1915-ci il hadisələri zamanı Osmanlı imperiyası ərazisində müsəlman türklər, ərəblər, kürdlər və digər millətlər zərər çəkib.

Xatırladaq ki, Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırım” törədib.//Trend