Türkiyə ordusu Şırnakda iki şəhid verib

Türkiyənin Şırnak bölgəsində hərbiçilər terrorçuların hücumuna məruz qalıb.

Atışma nəticəsində iki türk hərbiçi şəhid olub. Bölgəyə əlavə canlı qüvvə və texnika göndərilib.

Qeyd edək ki, son günlər PKK terrorçuları Türkiyə ərazisində, İraqla sərhəddə və Suriyadakı türk hərbi birləşmələrinə qarşı hücumları gücləndiriblər.