COVID-19: Pekinin rayonlarından birində “hərbi vəziyyət” elan olunub

Çinin paytaxtında yerləşən “Sinfadi” topdansatış bazarının beş işçisində COVID-19 infeksiyası aşkarlandıqdan sonra Pekinin Fentay rayonunun 11 mikrorayonunda “hərbi vəziyyət” rejimi elan edilib.

 “Sintzin bao” qəzeti xəbər verir ki, həmin mikrorayonların sakinləri izolyasiya rejiminə əməl etməli və evlərindən çıxmamalıdır. Hakimiyyət orqanları isə öz növbəsində onların qida və digər lazımi məhsullarla təminatını öz üzərinə götürür. Həmçinin bazar müvəqqəti bağlanacaq, orada çalışan 10 min işçi isə COVID-19 testindən keçiriləcək.

Qəzetin məlumatına görə, “Sinfadi” bazarı Pekinin meyvə-tərəvəzə tələbatının 90 faizini ödəyir.//AZƏRTAC