"Brent" markalı neftin qiyməti 43 dolları ötüb

"Brent" markalı neftin bir barrelinin qiyməti 43 dolları ötüb.

 "TASS"ın verdiyi məlumata görə, saat 22:15 üçün "Brent" markalı neftin avqust fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 2,2 faiz artaraq 43,1 dollar/barel təşkil edib.

Bildirilir ki, son dəfə "Brent" markalı beftin qiyməti iyunun 8-i 43 dollardan artıq olub.

Eyni zamanda "WTI" markalı neftin qiyməti də 2,3 faiz artaraq 40,75 dollar/barel təşkil edib.