Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq


Alternativ mənbələrdən, o cümlədən qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.

Bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

İş 2020-ci ilin avqust-oktyabr aylarında AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.