Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artıb.

Son 24 saat ərzində daha 1371 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 59 min 995-ə yüksəlib. Ölkədə pandemiya qurbanlarının sayı da 7 fakt artaraq 1046-ya çatıb.

Hazırda Ermənistanda 11 min 519 aktiv koronavirus xəstəsi var.