Ermənistanda kütləvi vətəndaş itaətsizliyi başlayır

Ermənistanda dekabrın 22-dən ümumrespublika tətili elan edilib. Həmin gündən ölkə ərazisində təhsil dayandırılacaq, kütləvi vətəndaş itaətsizliyi başlayacaq.


Erməni KİV-ləri xəbər verir ki, bu barədə jurnalistlərə "daşnaksütyun”un təmsilçisi İşxan Saqatelyan məlumat verib. O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb. Bildirib ki, dekabrın 22-də saat 12:00-da Respublika meydanında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yollar bağlanacaq.


Məlumat üçün qeyd edək ki, dekabrın 19-dan 21-dək Ermənistanda matəm elan olunub.


Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar.