Son sutka ərzində dünyada 7 mindən çox insan koronavirusdan vəfat edib

Son sutka ərzində dünyada 583 907 nəfər koronavirusa yoluxub, 7 957 nəfər isə vəfat edib.

Yerveinsan.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına istinadla xəbər verir ki, yoluxmanın 57 faizdən çoxu Şimali və Cənubi Amerikanın (337 231) payına düşür. Digər yerləri isə Avropa (173 812), Cənub-Şərqi Asiya (26 868) bölüşür.

Ümumilikdə dünya üzrə koronavirusa 83 910 386 yoluxma faktı qeydə alınıb. Ölənlərin sayı isə 1 839 660 nəfərə olub.