5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub

Azərbaycanda 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub.

 Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

 
Bu gün saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvarİsmayıllı rayonlarında giriş-çıxış bərpa olunub.