Qanunsuz yollarla Türkiyə ərazisinə keçməyə çalışan İŞİD terrorçuları ələ keçiblər

Suriyadan qanunsuz yollarla Türkiyə ərazisinə keçməyə çalışan altı İŞİD terrorçusu ələ keçirilib. Saxlanılanların beşi Rusiya, biri isə Liviya vətəndaşıdır.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, Türkiyənin Hatay vilayətinin Narlıca rayonunda ələ keçirilən bu şəxslərdən Rusiya vətəndaşı olan bir qadın qırmızı bülletenlə axtarışda olub.

Qanunsuz yollarla Türkiyə ərazisinə keçməyə çalışan daha altı nəfər Hatayın Altınözü rayonunda saxlanılıb. Onlardan üçünün azyaşlı olduğu bildirilir.