Gömrük-keçid məntəqəsinə gələrək təslim oldular

Türkiyənin Şırnak vilayətində 5 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub, onlardan ikisi qadındır.

Təslim olan terrorçular PKK üzvüdürlər. Bildirilir ki, terrorçular Türkiyə ilə İraq arasındakı Habur gömrük-keçid məntəqəsinə gələrək təslim olublar. Onların şəxsiyyəti və törətdikləri əməllər araşdırılır.