Latviyanın xarici işlər naziri: Şərq Tərəfdaşlığı aktuallığını itirməyib

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç həmkarları ilə Brüsseldə keçirilmiş görüşdə Şərq Tərəfdaşlığının hələ də aktual olduğunu deyib, Avropa İttifaqının (Aİ) bu istiqamətdə əməkdaşlığı davam etdirməsinin vacibliyini vurğulayıb.


Nazir Şərq Tərəfdaşlığını uğurlu format adlandırıb. O əlavə edib ki, hazırda Şərq Tərəfdaşlığı doğru istiqamətdədir. Ancaq Şərq Tərəfdaşlığının gələcək siyasi məqsədlərinə strateji yanaşma lazımdır. Avropanın Şərqdəki qonşularını sabit, sürətlə irəliləyən və təhlükəsiz görmək istəyirik. Buna görə də 2020-ci ildən sonrakı dövr üçün əməkdaşlığın məqsəd və vəzifələri üzərində işə başlamaq üçün vaxt gəlib çatıb.


Latviya ilə Şərq Tərəfdaşlığı ölkələrinin münasibətlərinə toxunan nazir qeyd edib ki, Latviya ticarət, enerji, rəqəmsal və telekommunikasiya sahələrində potensial əməkdaşlıq imkanları görür.