Bülbülə və Yeni Suraxanı qəsəbələrində qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində rayon icra hakimiyyətinin və DİN-nin əməkdaşları ilə birgə Bakının Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrində reyd keçirilib.

Reyd zamanı fiziki şəxslər Hüseynov Elşən Qeys oğluna, Vəliyev Mehman Balış oğluna, Cəfərov Səxavət Əbülfət oğluna, Əmirov Rauf Sərvər oğluna, Nəsibov Məhəbbət Azər oğluna, Məhərrəmov Arif Vəli oğluna, Nəcəfov Rasim Kazım oğluna məxsus məntəqələrdə heyvan kəsimi və ət satışının baytar nəzarəti aparılmadan həyata keçirildiyi aşkarlanıb.

Abdullayev Tofiq Habulla oğluna və Məsimov Həsənağa Zümrüd oğluna məxsus məntəqələrdə isə ət satışının baytarlıq ekspertizasından keçirilərək satışa verildiyi müəyyən olunub. Faktlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. 3 məntəqədə kəsim üçün nəzərdə tutulan metal konstruksiyalar sökülüb, qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərə maarifləndirici məlumatlar verilib.