Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.

O, bu barədə özünün instaqram hesabında paylaşım edib.

Leyla Əliyeva müəssisənin işçi heyəti və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, onlara göstərilən qayğı və yaşayış şəraiti ilə tanış olub.