Prezident İlham Əliyev: İraqın Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin inkişafı üçün böyük potensial var

İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələr mövcuddur, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər.

Bu barədə Prezident İlham Əliyev Münxenə səfəri çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşündə bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar.

Azərbaycan Prezidenti İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət edib.