Şəhriyar Məmmədyarov Almaniya çempionu oldu

Şahmat üzrə Azərbaycan millisinin üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov klublar arasında Almaniya çempionatında iştirak edib.

 Ş.Məmmədyarov bundesliqada “Viernheim” klubunun şərəfini qoruyub.

Onun komandası maksimum nəticə ilə yarışın qalibi adını qazanıb. Digər şahmatçımız Nicat Abasovun çıxış etdiyi “Ötigheim” bundesliqanı 6-cı pillədə başa vurub.

Qeyd edək ki, bundesliqada birincilik uğrunda ümumilikdə 16 komanda mübarizə aparıb.//Trend