Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolako fevralın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov, Azərbaycan-Rumıniya dostluq qrupunun rəhbəri Azay Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.