Qadın cüdoçularımız dünya çempionatına Yaponiyada hazırlaşırlar

Azərbaycanın cüdo üzrə qadınlardan ibarət milli komandası Yaponiyada təlim-məşq toplanışında iştirak edir.

Azərbaycan Cüdo Federasiyasından  bildirilib ki, aprelin 22-dək davam edəcək hazırlıq prosesinə milli komandamızın altı üzvü qatılıb. Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.

Təlim-məşq toplanışı mayın 7-13-də Qətərın paytaxtı Dohada keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.