BÖYÜK ƏMƏK TƏCRÜBƏSİNƏ MALİK ƏMƏKDAR MÜHƏNDİS
Valeh Feyruz oğlu Ələsgərov 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Döv- lət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir. Əməkdar mühəndisdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Valeh Ələsgərov çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir.
Böyük əmək təcrübəsinə malik Valeh Ələsgərov 1970-ci ildən «Permneft» birliyi «Kunqurneft» NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən «Permneft» Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləmişdir.1985-ci ildən «Muradxanlı» NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildən «Azərneft» Bir- liyində baş mühəndis, baş direktorun müavini, 1992-ci ildən «Azərneft» Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse- prezidenti, şirkətin prezidentinin müşaviri olmuşdur. 1995-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
2005-ci il noyabrın 6-da 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilən Valeh Ələsgərov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsə- lələri daimi komissiyasının sədridir. 2010- cu il noyabrın 29-dan Azərbaycan Res- publikası Milli Məclisi Sədrinin müavinidir. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.
Mənbə: Yer və İnsan jurnalı. Nömrə 1 (1) 2013

