Donald Tramp S-400 üzrə işçi qrupu yaratmaq ideyasını müsbət qarşılayıb

ABŞ Prezidenti Donald Tramp Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin tədarükü üzrə fikir ayrılıqlarının aradan qaldırılması üçün birgə işçi qrupu yaratmaq barədə təklifinə müsbət yanaşıb.


Bu barədə Türkiyənin NTV telekanalı xəbər verir.


Bu arada Bloomberg” agentliyi Donald Trampın Türkiyə Prezidentinin belə komissiya qurmaq təklifini qəbul etdiyini bildirib. Bundan öncə Rəcəb Tayyib Ərdoğan iki dəfə analoji təklif irəli sürmüşdü. Prezidentlərin sonuncu telefon danışığı zamanı Tramp ilk dəfə olaraq bu ideyanı bəyəndiyini deyib.


Bir qədər əvvəl Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy ölkəsinin Vaşinqtonun S-400 komplekslərinin çatdırılmasını təxirə salmaq xahişini qəbul etdiyi barədə KİV-lərdə yayılan məlumatı təkzib edib.


Xatırladaq ki, 2017-ci ilin dekabr ayında TürkiyəRusiya S-400 "Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. ABŞNATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib.


Uzaq məsafəli zenit raket sistemi - S-400 "Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini bildirib ki, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil olub.