Oğurluq  şübhəli bilinən xadimə və həyat yoldaşı saxlanılıb

Səbail rayonunun Badamdar qəsəbəsindəki evlərin birindən yeddi min manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, rayon polis idarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin evdə işləyən xadimə və həyat yoldaşı müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.