İntensiv yağan yağışlara baxmayaraq, ictimai nəqliyyat fəaliyyətini davam etdirir

Paytaxtın bəzi küçə və prospektlərində yaranmış çətinliklərlə bağlı avtobusların hərəkətində müəyyən ləngimələr yarana bilər.

Bu barədə  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

 Bildirilib ki, intensiv yağan yağışlara baxmayaraq, ictimai nəqliyyat fəaliyyətini davam etdirir.

“Hərəkət iştirakçılarına ehtiyatlı olmalarını və ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik”, - məlumatda qeyd edilib.