Gədəbəydə ağır yol qəzası baş verib
Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib.
Yerveinsan.az xəbər verir ki, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” markalı minik maşını divara çırpılıb. Qəza zamanı sürücü 1998-ci il təvəllüdlü Sezar Cəfərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

