Qanunsuz balıq ovlayanlar cərimələndilər

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı şəhəri, Şabran rayonu akvatoriyasında, Mingəçevir, Şəmkir su anbarlarında və digər daxili su hövzələrində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Yerveinsan.az-ın xəbərinə görə, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Salyan rayon sakinləri İlqar Feyzullayev, Şükür Həsənov, Tofiq Eyvazov, Bəybala Bağıyev, Şabran rayon sakinləri Musa İsmayılov, Namiq Bağırov, Samux rayon sakinləri Eldəniz Həsənov, Arzu Əliyev, Ramin Əsgərov, Tovuz rayon sakini Emin Məmmədrzayev, Sabirabad rayon sakinləri Qurbanxan Abuşov, Müslüm Əliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.