Türkiyədə PKK terrorçularının hücumu nəticəsində iki hərbçi həlak olub

Türkiyənin Hakkari bölgəsində təhlükəsizlik qüvvələri PKK terrorçularının hücumuna məruz qalıb.

Yerli KİV-lər xəbər verir ki, terrorçuların qəfil atəş açması nəticəsində iki hərbçi şəhid olub, biri yaralanıb.

Bölgədə anti-terror əməliyyatlarını gücləndirmək məqsədilə aviasiya vasitələrinin dəstəyi ilə əlavə qüvvə cəlb olunub.