Ceyhun Bayramovun İslandiya Respublikasına işgüzar səfəri başlayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslandiya Respublikasına işgüzar səfəri başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yerveinsan.az-a bildiriblər ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İslandiyanın paytaxtı Reykyavik şəhərində keçiriləcək Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirakı, habelə Zirvə Görüşündə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.