Niderland kralı Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib

Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Yerveinsan.az-ın məlumatına görə, məktubda deyilir:

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır və Azərbaycan xalqına firavanlıq arzu edirəm.