Türkiyədə "Berfin Savuşkan" ləqəbli təhlükəli terrorçu zərərsizləşdirilib    

 

Türkiyənin Siirt vilayətinin Baykan rayonu ərazisində aprelin 30-da həyata keçirilən antiterror əməliyyatında öldürülən 6 terroçudan birinin "Berfin Savuşkan" ləqəbli təhlükəli terroçu Rojda Koç olduğu müəyyən edilib.

 Rojda Koçun adı Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilən təhlükəli terroçular siyahısında olub.

Şırnak vilayətinin Beytüşşebap rayonunda isə PKK-nın 3 mərtəbəli mağarası aşkar edilib. Bildirilir ki, mağarada terrorçulara məxsus külli miqdarda silah və sursat, ləvazimat olub.

 

Sabir Şahtaxtı