Türkiyə Prezidenti: S-400 zenit-raket komplekslərinin alınmasında geri addım atılmayacaq

Türkiyə tərəfi Rusiyada istehsalı olan S-400 zenit-raket komplekslərinin alınmasında geri addım atmayacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan KİV nümayəndələrinə açıqlamasında deyib.

Dövlət başçısı mövzu ilə bağlı suallı cavablandıraraq deyib: "Burada bizim reallaşdırdığımız bir anlaşma var. Bundan geri çəkilmək kimi bir məsələ müzakirə mövzusu deyil”.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı imzalanmış anlaşma ABŞ başda olmaqla NATO üzvü olan bəzi ölkələrdə böyük narahatlıq və narazılıq yaradıb.

 

Sabir Şahtaxtı