Ədalətin zəfərini qeyd edək və təcavüzkar hərəkətləri pisləyək - L.Abdullayeva

Səfir Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzasına münasibət bildirib. Bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.
"Ədalət bərqərar oldu! Azərbaycanın Fransadakı səfirliyinə hücum edən şəxsə 6 ay şərti həbs cəzası verilib və dəymiş ziyanın ödənilməsi barədə qərar çıxarılıb. Ədalətin zəfərini qeyd edək və təcavüzkar hərəkətləri pisləyək," - L.Abdullayeva bildirib.
Xatırladaq ki, 18 sentyabr 2022-ci il tarixində radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliynə qarşı hücum cəhdi olunub və nəticədə Səfirliyin binasına zərər yetirilib.