III Dünya müharibəsi bu ölkədə başlayacaq - DƏHŞƏTLİ PROQNOZ

RusiyaABŞ arasında silahlı konflikt həqiqətən olacaqsa, onda bu, Suriyada deyil, ehtimal ki, Ukraynada olacaq.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Kolumbiya Universitetinin professoru Robert Leqvold bildirib.

Onun fikrincə, 2014-cü ildə Ukrayna böhranının başlanması ilə yeni "soyuq müharibə” dövrü başlanıb.

"Silahlı konflikt təhlükəsi mövcuddur. O Suriyada, Yaxın Şərqdə deyil, Avropada ola bilər. Və bu, Rusiyanın Estoniyanı ala biləcəyinə dair ABŞ-ın narahatlığı ilə bağlı deyil. Əgər eskalasiya olacaqsa, o Ukraynanın çərçivəsində, yaxud da yeni bir böhranla, məsələn Belarusda və ya NATO ilə Rusiyanın arasında başqa regionlardan birində baş verəcək”, - o deyib.

Onun sözlərinə görə, belə hadisələrin inkişafının qarşısını almaq üçün, tərəflər arasında etibarın səviyyəsini yüksəltmək əhəmiyyətlidir. Professor xatırladıb ki, 1990-cı Rusiyada və ABŞ-da Vankevurdan Vladivostoka qədər avroatlantik cəmiyyətin yaradılması ideyası yüksək səviyyədə müzakirə edilirdi, amma indi bu ideya fantastikə görünür./publika.az