İlk dəfə avrokuboklarda iştirak edəcək “Sabah”ın ev oyununa bilet satışları başlayıb

Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək “Sabah”ın ev oyununa bilet satışları başlayıb.

Bu barədə  klubun mətbuat xidmətindən məlumat verilib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – RFS (Latviya) qarşılaşmasının biletləri iyulun 21-də saat 19:00-dan etibarən satışa çıxarılıb.

“Sabah”ın avrokuboklarda ilk ev oyununu stadiondan canlı izləmək istəyən şəxslər biletləri onlayn şəkildə “iticket.az” saytından, həmçinin “iticket”in satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah” – RFS matçı avqustun 3-də, saat 20:00-da “Bank Respublika “Arena”da baş tutacaq.