Azərbaycanlı cüdoçu MDB Oyunlarında qızıl medal qazanıb

Azərbaycanın komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında növbəti medalları qazanıb.

Gənclər və İdman Nazirliyindən bildiriblər ki, cüdoçu Nihad Məmişov (50 kq) qızıl medal əldə edib.

Qadın cüdoçu Xədicə Abdullayeva (40 kq) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl bədii gimnastika üzrə gənclərdən ibarət yığma komandamız bürünc medal qazanıb.