Bakıda piyadanı maşın vurub öldürdü

Bakının Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Paytaxt sakini G.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini V.Hacıyevanı vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.