Ermənistan münasibətlərin normallaşması istiqamətində siyasi iradə nümayiş etdirmir - Ceyhun Bayramov

Ermənistan münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmir, ziddiyyətli yanaşmasını davam etdirir, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayınır, siyasi və hərbi təxribatlara əl atır, silahlı qüvvələrini hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarmır, bununla da öhdəliklərini kobud şəkildə pozur, bölgədə təhlükədizliyə təhdid yaradır.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya xarici işlər və Avropa məsələləri üzrə naziri Grlic Radmanla görüşündə deyib.

Görüşdə Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı diqqətə çatdırılıb. Azərbycanın əraziyə yüklərin daşınması və yolların paralel olaraq istifadə olunması istiqamətində Azərbaycanın təkliflərinin rədd olunmasının “humanitar vəziyyət” barədə iddiaların siyasi manipulyasiya olduğunu sübut etdiyi diqqətə çatdırılıb.

Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə gedib.