Azərbaycan-Ermənistan əlaqələri birmənalı olaraq ərazi bütövlüyü və severenlik prinsiplərinə əsaslanmalıdır - XİN

Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

Yerveinsan.az XİN-ə istinadən xəbər verir ki, görüşdə regionda post-münaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub.

Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb.