Rusiya Ruben Vardanyana heç bir hüquqi kömək etməyəcək

Rusiya qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış və Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən saxlanılan Ruben Vardanyana kömək etməyəcək.

Bu barədə jurnalistlərə Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksandr Başkin məlumat verib.

O deyib ki, ötən ilin sonunda Vardanyanın ərizəsi əsasında Rusiya Prezidenti Vladimir Putin onun vətəndaşlığına xitam verilməsi barədə fərman imzalayıb.

A.Başkin əlavə edib ki, Vardanyan öz xoşu ilə Rusiya vətəndaşlığından imtina edib və bu səbəbdən o, Rusiyadan heç bir hüquqi kömək ala bilməyəcək.//AZƏRTAC