Boks üzrə Avropa Kubokunda Azərbaycan milli komandası da iştirak edəcək

Oktyabrın 8-də Monteneqronun Budva şəhərində start veriləcək boks üzrə Avropa Kubokunda Azərbaycan milli komandası da iştirak edəcək.

Yerveinsan.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, altı gün davam edəcək beynəlxalq turnirdə baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Tural Sarıyev (48 kiloqram), Nicat Hüseynov (54 kiloqram), Şamil Əskərov (57 kiloqram), Tayfur Əliyev (60 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram), Nəbi İsgəndərov (67 kiloqram), Mirşərif Kazımzadə (75 kiloqram), Eldar Quliyev (86 kiloqram) və Rauf Rəhimov (92 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa Kubokunun püşkü oktyabrın 7-də atılacaq. Final döyüşləri isə ayın 14-də baş tutacaq.