Azərbaycan derbisində mövsümün tamaşaçı rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

Yerveinsan.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, IX turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.

“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 tamaşaçı izləyib.

Bunadək rekord IX turun “Turan Tovuz” – “Neftçi” matçına (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 seyrçi olub.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçında qonaqlar 2 cavabsız qolla qalib gəliblər.