Ceyhun Bayramov Serbiyaya rəsmi səfərə gedib

7 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə XİN-dən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının xarici işlər naziri İvitsa Daçiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.