Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsmayıllıda “DOST EVİ”nin açılışında iştirak ediblər

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirak ediblər.