"Qarabağ" Avropa Liqasında "pley-off"da

"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.
"Qarabağ" turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.