Azərbaycan çempionatında ilin son matçının tarixi bəlli olub

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin son matçının tarixi bəlli olub.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, “Azərreyl” və “Neftçi” komandaları keçiriləcək dekabrın 21-də olacaq.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 15:00-da başlayacaq.
Yüksək Liqa (kişilər)
21 dekabr
VII tur
15:00. “Azərreyl” - “Neftçi”
GİN-nin Voleybol Mərkəzi