Prezident İlham Əliyev Paşinyanla sülh gündəliyini müzakirə edib

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub.

Söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.//Trend