Bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, “Vəkil Günü” peşə bayramı münasibətilə qərara alıram:

Azərbaycan Respublikasında vəkilliyin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Hüseynov Əli Meybulla oğlu

Hüseynov Turqay İmanqulu oğlu

Hüseynova Esmira Hüseyn qızı

Qasımov Telman Abiəli oğlu

Quliyev Azər Şahbala oğlu

Məmmədova Leyla Polad qızı

Mustafayev Muxtar Nağı oğlu

Nəhmətov Fazil İldır oğlu

Rəsulov Arif Əmrulla oğlu

Rüstəmova Natəvan Famil qızı

Usub Elçin Arif oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2023-cü il