DSK sədri: Ağdərə və Suqovuşan seçkilərə hazırdır

Suqovuşan qəsəbəsində yerləşən 58 saylı və Ağdərə şəhərindəki 59 saylı seçki məntəqələrində fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq yekunlaşıb. Hər iki məntəqədə ilk dəfə keçiriləcək seçkilərdə seçicilərin azad, şəffaf, demokratik şəkildə öz namizədlərinə səs vermələri üçün bütün zəruri şərait yaradılıb.

Yerveinsan.az “Secki-2024.az” saytına istinadla xəbər verir ki, bunu 97 saylı Tərtər-Naftalan-Goranboy dairə seçki komissiyasının (DSK) sədri Həmid Mehdiyev bildirib.

O vurğulayıb ki, dairə üzrə ümumilikdə 59 məntəqə fəaliyyət göstərir, onlardan 11-də veb-kameralar quraşdırılıb. “Yanvar ayının 31-dək seçicilərə bildirişlərin göndərilməsi təmin edilib. Mərkəzi Seçki Komissiyasından bülletenləri də götürmüşük, fevral ayının 3-də qanunvericiliyə uyğun olaraq məntəqələrə çatdırılması təmin ediləcək. Bir sözlə, məntəqələrin hamısında seçkilərə hazırlıq prosesini yekunlaşdırmışıq. Bütün məntəqələr, o cümlədən işğaldan azad edilmiş Ağdərə və Suqovuşandakı məntəqələr seçki gününü gözləyir”, - deyə o vurğulayıb.