Laçında seçki məntəqəsində 1464 seçici qeydiyyata alınıb

121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsində 1 464 seçici qeydiyyata alınıb.

Yerveinsan.az Secki-2024.az-a istinadən xəbər verir ki, məntəqə Mərkəzi Seçki Komissiyası tərəfindən bütün lazımi avadanlıqlarla təmin edilib.

Məntəqə üzrə ən yaşlı seçicinin 96 yaşı var və bu yaşda olan iki nəfər fevralın 7-də səyyar seçki qutusu ilə evlərində səs verəcəklər.

Bundan başqa, seçicilərin tərkibində həm Laçın şəhəri sakinləri, həm də altı aydan çox əmək müqaviləsi ilə burada çalışan vətəndaşlar var.