Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Taekvondo üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilmiş beynəlxalq turniri 4 medalla başa vurub.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən  verilən məlumata görə, G2 kateqoriyalı yarışda 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Harçeqani həlledici görüşdə uduzaraq ikinci yeri tutub.

Yığmanın digər üzvləri – kişilərdən Cavad Ağayev (74 kiloqram), qadınlardan isə Məryəm Məmmədova və Səmərrux Osmanova (hər ikisi 49 kiloqram) bürünc medalın sahibi olublar.

Qeyd edək ki, Azərbaycan turnirdə 11 taekvondoçu ilə təmsil olunub.