Qara metallar və onlardan hazırlanan məmulatların ixracı çoxalıb
Yanvar-may aylarında ölkədən 46 min 666 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac olunub.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə ixrac edilən qara metal və onlardan hazırlanan məmulatların dəyəri isə 25 milyon 23 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 28 milyon 337 min dollarlıq 36 min 854 ton qara metal və onlardan hazırlanan məmulatlar ixrac edilmişdi.

